Milli komanda

Millimiz Lixtenşteynə qalib gəldi

Bu gün 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması növbəti oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Lixtenşteyn millisi ilə qarşılaşıb. Sumqayıt şəhər stadionunda keçiriləcək görüşün taleyini bir qol həll edib.

Millimiz ilk hissəsi qolsuz başa çatan matçın ikinci yarısında hesabda önə çıxıb və bunu sona kimi saxlaya bilib.

14 noyabr

Avro-2021-in seçmə mərhələsi

2-ci qrup

18:00. Azərbaycan – Lixtenşteyn – 1:0
Qol: 
Barış Ekincier, 65
Baş hakim: Lukas Sotirius (Kipr).
Sumqayıt. “Sumqayıt Arena”

1. İsveçrə 3 3 0 0 8:1 9
2. Fransa 2 2 0 0 10:3 6
3. Gürcüstan 3 2 0 1 8:2 6
4. Azərbaycan 6 2 0 4 3:11 6
5. Slovakiya 3 1 0 2 8:9 3
6. Lixtenşteyn 5 1 0 4 3:14 3

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43