Kateqoriyasız

Millimiz Macarıstana uduzdu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycanın U-21 yığması bu gün yoxlama görüşünə çıxıb.

İdmanxeber.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Macarıstanın U-21 yığması ilə qarşılaşıb. Görüş rəqibin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Azərbaycanın U-21 yığması noyabrın 20-də İsveçdən olan həmyaşıdları ilə üz-üzə gələcək.

Yoldaşlıq oyunu

17 noyabr

Macarıstan U-21 – Azərbaycan U-21 – 3:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43