Milli komanda

Millimiz məğlub oldu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Səudiyyə Ərəbistanının U-20 komandası ilə qarşılaşan yığmamız 0:1 hesabı ilə məğlub olub.

Millimiz bundan əvvəlki yoxlama görüşlərində Almaniyanın “Rot Vays Erfurt” (0:0) və Qazaxıstanın “Okjeptes” (2:2) klubu ilə heç-heçə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43