Bu gün futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Millətlər Liqasının C4 qrupunun açılış oyununa çıxacaq.
İdmanxeber.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Bakıda Monteneqro yığmasını qəbul edəcək. Qarşılaşmaya 15:00-da start veriləcək. Millimizin bu qrupdakı digər rəqibi isə Litva yığmasıdır.
15:00 Azərbaycan – Monteneqro
“Liv Bona Dea Arena” stadionu, Bakı
Baş hakim: Tatyana Sorokopudova (Qazaxıstan)
Azərbaycan növbəti oyununu aprelin 4-də səfərdə Litvaya qarşı keçirəcək.