Milli komanda

Millimiz neçəncidir? – FİFA-nın yeni reytinqi

FIFA milli komandaların yeni reytinq sıralamasını açıqlayıb.

Soj olaraq fevralın 20-də dərc olunan cədvəllə müqayisədə cüzi dəyişikliklər olub. Bu da koronavirus pandemiyasına görə mar ayında keçirilməsi nəzərdə tutulan görüşlərin baş tutmamasına görədi. Azərbaycan milisinin də mövqeyi dəyişməyib. Lixtenşteyn vəMalta ilə oyunları ləğv edilən yığma əvvəlki kimi 114-cü yerdə qərarlaşıb. Millinin aktivində 1177 xal var.

Millətlər Liqasındakı rəqiblərimizdən Monteneqro 64-cü, Kipr 95-ci, Lüksemburq 98-ci pillədə yer alıb.

Reytinq cədvəlinə Belçika başçılıq edir. Fransa 2-ci, Braziliya 3-cüdü.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43