22 Oktyabr 2024
Kateqoriyasız

Millimiz növbəti dəfə Belarusla üz-üzə

Bu gün Bakı Olimpiya Stadionunda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyunu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, yığmamız belaruslu həmyaşıdları ilə qarşılaşacaq.

Saat 19:00-da başlayacaq görüşü Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov və Nail Nağıyevdən ibarət hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, bu komandalar iki gün əvvəl yoldaşlıq oyununda üz-üzə gəlib. Həmin matçda millimiz 1:4 hesabı ilə uduzub.

10 iyun

Yoxlama oyunu

19:00. Azərbaycan – U-19 – Belarus – U-19


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43