Milli komanda

Millimiz Rumıniyanı məğlub etdi

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması son oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Rumıniya komandası ilə qarşılaşan yığmamız qələbə qazanıb – 1:0. Qolu Xaqani Sadıqov vurub.

Xatırladaq ki, futbolçularımız qrupun ilk oyununda İngiltərə komandasına 0:2, növbəti qarşılaşmada isə Avstriya yığmasına 1:3 hesabı ilə məğlub olmuşdu.

Son oyunda qələbə qazanmaqla yığmamız ilkin seçmə mərhələni mübarizə apardığı qrupda 3-cü pillədə başa vurub.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43