24 Oktyabr 2024
Milli komanda

Millimiz ruslara qalib gəldi

Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Rostov” klubunun U-18 komandası ilə qarşılaşan yığmamız 4:2 hesablı qələbə qazanıb.

Kamran Quliyevin dubl etdiyi oyunda hərəyə 1 dəfə Xaqani Sadıxov və Şakir Seyidov fərqlənib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43