Milli komanda

Millimiz Sankt-Peterburqdan 8-ci dönür (YENİLƏNİB)

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununa çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, yığmamız 7-ci yer uğrunda Belarusun U-19 komandası ilə qarşılaşacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 13:00 başlayacaq.

12 yanvar

7-ci yer uğrunda oyun

13:00. Azərbaycan – Belarus 1:2

Qollar: Doğukan Özküs, 44 (1:0), Sergey Diçenkov, 77 (1:1), Vitali Lisakoviç, 85 (1:2)

Xatırladaq ki, yığmamız qrup mərhələsində Latviya ilə heç-heçə edib (1:1), Bolqarıstana qalib gəlib (2:0), Sloveniyaya isə uduzub (0:4).

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43