21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, Samir Əliyevin baş məşqçi olduğu kollektiv Serbiyanın qonağı olub.
Qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə bitib.
Azərbaycan komandasının heyətində Süleyman Damadayev 89-cu dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.