21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
İdmanxeber.az-ın məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu yığma səfərdə slovakiyalı həmyaşıdları ilə üz-üzə gələcək.
Bratislavadakı Senec Məşq Mərkəzindəki matç Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Qeyd edək ki, U-21 iyunun 11-də Bakıda Bolqarıstan kollektivi ilə qarşılaşacaq.