19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təşkil edilən yoldaşlıq turnirində bu gün sonuncu oyununu keçirəcək.
İdmanxeber.az xəbər verir ki, yığma meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Tiraspol şəhərindəki “Şerif” stadionunda gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, U-19 turnirin ilk iki matçında Qazaxıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib, Türkiyə millisinə məğlub olub – 0:5.