Azərbaycanın U-19 millisi Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə çıxışını başa vurub.
İdmanxeber.com-un məlumatına görə, millimiz sözügedən turnirdə sonunxu oyununu keçirib.
Beşinci yer uğrunda mübarizə aparan millimiz Belarusla qarşılaşıb və rəqibinio penaltilərdə məğlub edib.
11 yanvar
5-ci yer uğrunda oyun
15:30. Azərbaycan – Belarus – 1:1 (Penaltilər: 6:5)
Qollar: Ruslan Sadiqov, 22-pen. (1:0), Roman Kazençuk, 66 (1:1)