19 Oktyabr 2024
Ölkə futbolu

Millimiz Tacikistana  uduzdu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə növbəti matçını keçirib.

İdmanxeber.az xəbər verir ki, yığma 7-8-ci yerlər uğrunda matçda Tacikistanla üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 3:1.

U-17 qrup mərhələsində Rusiyaya (0:1), Belarusa (0:2) və Özbəkistana (0:2) uduzub.

Beləliklə, komanda beynəlxalq turnirdə sonuncu yeri tutub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43