17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində bu gün ilk oyununu keçirib.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Tackistan komandası ilə qarşılaşan yığmamız rəqibinə 1:2 hesabı ilə məğlub olub.
Komandamızın qolunu Emil Əliyev vurub. Yığmamız turnirdə növbəti oyununu iyunun 27-da, Bakı vaxtı ilə saat 15:00-da İspaniya yığmasına qarşı keçirəcək.