Milli komanda

Millimiz Türkiyəyə yollandı

21 yaşadək futbolçulardan ibarət milli komandamız Türkiyəyə yola düşüb.

İdmanxeber.com-un məlumatına görə, Yaşar Vahabzadənin rəhbərlik etdiyi yığmamız ötən gecə saat 02:00 radələrində sözügedən ölkəyə səfər edib.

Səfərin məqsədi yoxlama oyunu ilə bağlıdır. Belə ki, komandamız martın 28-də Türkiyədən olan həmyaşıdları ilə yoxlama oyunu keçirəcək. Matç “Kasımpaşa”nın ev oyunlarını keçirdiyi Rəcəb Tayyib Ərdoğan adına stadionunda baş tutacaq.

Qeyd edək Türkiyə – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43