17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində ilk oyununu keçirib.
İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Belarusla qarşılaşan millimiz 3:1 hesabı ilə qalib gəlib. Komandamızın qollarını Pilağa Mehdiyev, Elçin Əsədov və Metin Güler vurub.
Millimiz turnirdə növbəti oyununu sabah – iyunun 23-də, Bakı vaxtı ilə saat 12:00-da Rusiya-2 yığmasına qarşı keçirəcək.