Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci ənənəvi beynəlxalq turnir start götürəcək.
İdmanxeber.com-un məlumatına görə, 19 yaşlılardan ibarət milli komandamız da sözgedən turnirdə bu gün ilk matçını keçirəcək.
Millimizin ilk rəqibi Yaponiya seçməsi olacaq.
Qeyd edək ki, millimiz sabah digər rəqibi ilə – Rusiya-2 komandası ilə üz-üzə gələcək.
3 yanvar
F qrupu, I tur
15:15. Yaponiya – Azərbaycan 0:1