Kateqoriyasız

Millimiz üçün daha bir sevindirici xəbər: Uels 5 itki ilə gəlir

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq Uels yığması ciddi itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, müdafiəçi Nil Teylor heyətdən çıxarılıb.

“Aston Villa”nın futbolçusu şəxsi işlərinə görə baş məşqçi Rayan Giqqzdən icazə istəyib. Onun əvəzinə milliyə kimin dəvət ediləcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, yarımmüdafiəçilər Devid Bruks (“Bornmut”), Co Uilyams (“Sanderlend”) və müdafiəçi Co Rodon (“Suonsi”) zədəli olduğundan, Co Allen (“Stok Siti”) isə cəzalı olduğu üçün millimizlə oyunu buraxacaq.

Yoyabrın 16-da Bakıda yığmamızın qonağı olacaq Uels millisi 3 gün sonra Macarıstanı qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43