Milli komanda

Millimiz üçün formal oyun

17 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxacaq. 

İdmanxeber.com-un məlumatına görə, yığmamız Rumıniya ilə üz-üzə gələcək. İlk 2 turda İngiltərə və Avstriyaya uduzan 17 yaşlılarımız növbəti mərhələ şansını artıq itirib. Rumıniya millisi də ilk 2 matçda xal qazana bilməyib.

Avropa çempionatı, seçmə mərhələ

VI qrup

30 oktyabr

17:00. Azərbaycan – Rumıniya
Baş hakim:
 Petur Raynert (Farer adaları)

 

1.    İngiltərə    2    2    0    0    5:0    6
2.    Avstriya    2    2    0    0    5:2    6
3.    Azərbaycan    2    0    0    2    1:5    0
4.    Rumıniya     2    0    0    2    1:5    0



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43