Kateqoriyasız

Millimiz Ukrayna klubuna uduzdu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, Ukraynanın “Rux” (Lvov) klubunun ikinci komandasına qarşı keçirilən qarşılaşma millimizin minimalhesablı məğlubiyyəti ilə nəticələnib – 0:1.

​Xatırladaq ki, toplanış çərçivəsində fevralın 2-də İraq U-20 millisinə qarşı keçirilən ilk yoxlama oyunu 2:2 hesabı ilə yekunlaşmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43