Milli komanda

Millimiz Ukraynaya məğlub oldu (YENİLƏNİB)

Bu gün 19 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin oyunlarına start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan millisi də bu gün ilk matçına çıxacaq.

5-ci qrupda qərarlaşan yığmamız Ukrayna ilə qarşılaşacaq. "Bayıl Arena"da keçiriləcək oyun saat 18:00-da başlayacaq.

Qeyd edək ki, qrupun digər oyununda Türkiyə millisi Bosniya və Hersoqovina ilə üz-üzə gələcək.

10 noyabr

Avropa çempionatının seçmə mərhələsi

18:00. Azərbaycan – Ukrayna – 0:4 
Qollar:
 Dmitro Şevçenko, 46 (0:1), Sşebetun, 62 (0:2), Mixalonok-pen, 87 (0:3), Şved, 90+4 (0:4) 
Hakimlər: Tore Hansen, Oystayn Ytterand, Nime Nimleyd 
"Bayıl Arena".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43