20 Oktyabr 2021
Milli komanda

Millimiz Ukraynaya qalib gəldi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ilk oyununa çıxıb.

Milan Obradoviçin komandası ukraynalı həmyaşıdları ilə qarşılaşıb. Kiyevdə, “Bannikov” stadionunda keçirilən qarşılaşmada millimiz minimal hesabla qalib gəlib – 1:0. Yeganə qolu 17-ci dəqiqədə Musa Qurbanlı vurub.

Qeyd edək ki, Azərbaycan yığması sabah Özbəkistanın U-21 millisi ilə qarşılaşacaq.

26 may

Valeri Lobanovskinin xatirə turniri

18:00 Ukrayna U-21 – Azərbaycan U-21 – 0:1
Qol: 
Musa Qurbanlı, 17


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

UEFA açıqladı -Azərbaycan neçəncidir ?

admin

San-Marino – Azərbaycan oyununa necə baxaq?

admin

Prosineçkidən qələbə şərhi

admin