Milli komanda

Millimiz Xorvatiyada qələbə qazandı

Xorvatiyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

İdmanxeber.com-un məlumatına görə,  “Novigrad” klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Qara Qarayev və Nicat Süleymanov vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43