Milli komanda

Millimiz Xorvatiyanı məğlub etdi

Noyabrın 14-dən Xorvatiyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millimiz yoxlama oyunu keçirib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, xorvatiyalı həmyaşıdları ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qələbə qazanıb. U-16-nın heyətində Fərid Nəbiyev dubl edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43