Bu gün “AÇ-2014″ün seçmə mərhələsinin növbəti oyunları keçirilib.
3-cü qrupda yer alan Azərbaycanın 19 yaşadək futbolçularından ibarət milli komandası seçmə mərhələdə ikinci matçına çıxıb.
Arif Əsədovun komandası doğma meydanda Bosniya və Hersoqovina ilə qarşılaşıb. Bu görüşdə tərəflərin ciddi cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb – 0:0.
Qeyd edək ki, millimiz ilk oyununda səfərdə İrlandiyaya 0:2 hesabı ilə uduzmuşdu.
12 oktyabr
“AÇ-2014″ün seçmə mərhələ oyunu
17:00. Azərbaycan – Bosniya və Hersoqovina