Milli komanda

Millimiz yenə uduzdu (YENİLƏNİB)

19 yaşadək futbolçulardan ibarət yığmalar arasında Bakıda keçirilən Avropa çempionatının seçmə mərhələsinin oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, Nazim Süleymanovun rəhbərlik etdiyi millimiz ikinci matçında Türkiyə ilə qaşrılaşacaq.

İlk oyunda Ukraynalı həmyaşıdları ilə bacarmayan millimiz qrupdan çıxmaq üçün Türkiyəni məğlub etməlidi. 

"Bayıl Arena"da keçiriləcək oyun saat 18:00-da başlayacaq.

12 noyabr

Avropa çempionatının seçmə mərhələsi

18:00. Azərbaycan – Türkiyə – 0:1
Qol: Balıkçı, 57 (0:1)

Baş hakim: Eiko Saar (Estoniya)

"Bayıl Arena".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43