Milli komanda

Millimizdə daha bir itki – Portuqaliya ilə oyun öncəsi

Millimiz DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə keçiriləcək görüşə daha bir itki ilə çıxacaq.

Idmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İrlandiya ilə oyunda zədələnən Rüstəm Əhmədzadənin sabah Bakıda keçiriləcək qarşılaşmada iştirak edə bilməyəcəyi dəqiqləşib.

Xatırladaq ki, Portuqaliya yığması ilə oyuna hazırlaşan millimizin düşərgəsini daha öncə Maksim Medvedev zədə, Anton Krivotsyuk isə sarı kart limiti ilə əlaqədar tərk etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43