Kateqoriyasız

Millimizdən imtina edən futbolçu arzusuna çatır

Millimizdə oynamaqdan imtina edən Almaniyanın “Darmştadt” klubunun hücumçusu Sərdar Dursun istədiyinə nail olur.

İdmanxeber.az-ın məlumatına görə, o, Türkiyə millisinə çağırıla bilər.

“Ay-ulduzlular” Millətlər Liqasında senyabrın 3-də Macarıstan, 6-da isə Serbiya ilə qarşılaşacaq. Günəşin bu dönəmdə heyətə yeni oyunçular cəlb edəcəyi bildirilir. Cenk Tosunun zədəli olması  hücum xəttində problem yarada bilər. Bu səbəbdən də baş məşqçinin Serdar Dursunu milliyə dəvət etməsi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43