22 Dekabr 2024
Milli komanda

Millimizdə daha bir itki

Millimizin üzvü Ruslan Əmircanov "Avro-2016"nın seçmə mərhələsində İtaliya və Xorvatiyaya qarşı oynaya bilməyəcək.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, 29 yaşlı yarımmüdafiəçi zədələndiyi üçün onun adı millinin heyətindən çıxarılıb.

Qeyd edək ki, millimiz Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da İtaliya, 3 gün sonra isə Xorvatiya yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, bundan əvvəl Ruslan Abışovun adı eyni səbəbdən heyətdən çıxarılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43