Milli komanda

Millimizdə yeni kapitan müəyyənləşdi

Milli komandamızın Çexiya ilə oyununda kapitan sarğısını daşıyacaq futbolçunun adı müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, Rəşad Sadıqov zədəli olduğundan bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq matçda forma geyinməyəcək. Robert Prosineçki sapitan sarğısını "Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyevə həvalə edib. 
 
Xatırladaq ki, Sadıqovun əvəzinə bu gün Bədavi Hüseynov meydana çıxacaq

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43