Milli komanda

Millimizdən 5 qollu darmadağın

Rusiyanın Novorossiysk şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. “Kuban” klubunun əvəzedici komandası ilə qarşılaşan yığmamız 5:2 hesabı ilə qələbə qazanıb. Yığmamızın heyətində Samir Məsimov və Ruslan Nəsirli dubl edib. 1 dəfə isə Namiq Ələskərov fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43