Milli komanda

Millimizdən növbəti darmadağın (YENİLƏNİB)

Futzal üzrə dünya çempionatının seçmə mərhələsinin oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan millisi bu gün ikinci matçına çıxacaq.

Komandamız Belarusu sınağa çəkəcək. İlk görüşündə İsveçə 8:2 hesabı ilə qalib gələn yığmamız bu görüşdən də qələbə ilə ayrılmağa çalışacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, ilk turdan sonra millimiz 3 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik olan Belarus yığması ikinci pillədə qərarlaşıb. Bugünkü görüşdə qalib gələcək komanda liderliyə yüksələcək.

11 dekabr

Dünya çempionatının seçmə mərhələsi

20:30. Belarus – Azərbaycan – 2:7 
Qollar
: Auqusto, 4 (1:0), Şostak, 15 (1:1), Eduardo, 19 (1:2), 19 (1:3), Vitali Borisov, 20 (1:4), Fineo de Arauxo, 25 (1:5), Eduardo, 26 (1:6), Çovdarov, 37 (1:7), Los, 39 (2:7)
Hakimlər: Trayan Ençev (Bolqarıstan), Gerd Bylois (Belçika), Qabor Kovaç (Macarıstan)
Xorvatiya. Osiek şəhəri.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43