FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək.
İdmanxeber.com-un məlumatına görə, futbolçularımız ikinci qrup mərhələsinin H qrupunda Koreya Respublikası yığması ilə qarşılaşacaq. Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə saat 17:30) başlayacaq.
17:30 Azərbaycan – Cənubi Koreya
Qollar: Kim Minho, 8 (0:1), Kanq Jihun, 57 (0:2), Lim Minhyoek, 73 (0:3)
Hakimlər: Gennadi Anoşin, İlya İvanov, Aleksandr Rodionov