"Qaziantepspor"la 1.5 illik müqavilə imzalayan Sərgən Yalçının ayda nə qədər məvacib alacağı açıqlanıb.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, baş məşqçi yeni klubunda ayına 100 min dollar qazanacaq. Hazırda Superliqada 8 xalla 16-cı yerdə qərarlaşan "Qaziantepspor" mövsüm sonunda aşağı liqaya düşməzsə, buna görə çalışdırıcıya mükafat olaraq 1 milyon dollar ödəniləcək.
Məlumat üçün deyək ki, Türkiyə millisi Bakıda yığmamıza 1:0 hesabı illə məğlub olduğu oyunda Sərgən Yalçın futbolçularımızı lağa qoymuşdu.