Milli komanda

Millimizi rüsvay etdilər (YENİLƏNİB)

Futbol üzrə 21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün "Avro-2017"nin seçmə mərhələsində növbəti matçına çıxıb.

İdmanxeber.com-un məlumatına görə, VII qrupda çıxış edən millimiz səfərdə Avstriyanın qonağı olub.

Yaşar Vahabzadənin başçılıq etdiyi milli ötən ay Avstriya ilə oyunda 2 cavabsız qolla məğlub olmuşdu. 

Sankt-Polten şəhərinin “MV Arena” stadionunda keçirilən oyunda millimiz biabır olub – 7:0.

Qeyd edək ki, seçmə mərhələnin ilk görüşündə Farer adalarına 1:0 hesabı ilə qalib gələn millimiz ardından Avstriyaya 0:2, Almaniyaya isə 0:3 hesabı ilə uduzub.

9 oktyabr

"Avro-2017"nin seçmə mərhələsi

20:30. Avstriya – Azərbaycan 7:0

Hakimlər: Qunnar Yarl Yonsson, Qunnar Qunnarsson, Birkir Siqurdarsson, Torvaldur Arnason (hamısı İslandiya)

Sankt-Polten. “MV Arena” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43