Milli komanda

Millimizin açıq məşqi olacaq

İslam Oyunlarına hazırlaşan 23 yaşadək futbolçulardan ibarət milli komandamızın mətbuat üçün açıq məşqi olacaq.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, hazırlıq prosesi mayın 3-də, saat 12:00-da, Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzində yerləşən Milli Komandaların Məşq Mərkəzinin meydanında baş tutacaq.

Məşq başa çatdıqdan dərhal sonra isə Məşq Mərkəzinin konfrans zalında baş məşqçi Yaşar Vahabzadənin mətbuat konfransı keçiriləcək.

Tədbirdə iştirak etmək istəyən KİV nümayəndələri üçün ayrılmış nəqliyyat vasitəsi saat 11:15-də AFFA-nın inzibati binasının qarşısından yola düşəcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43