Azərbaycan millisinin Albaniya və Qazaxıstan ilə keçirəcəyi beynəlxalq yoldaşlıq görüşlərinin hakim təyinatları açıqlanıb.
İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Macarıstanın Sombatxey şəhərinin “Haladas SportKomplexum” stadionunda keçiriləcək hər iki qarşılaşmanı yerli hakimlər briqadası idarə edəcək.
Albaniya ilə matçda Mihali Kaprali, Qazaxıstan ilə dueldə Bence Csonka baş hakim olacaq.
7 iyun
21:00. Albaniya – Azərbaycan
Baş hakim: Mihali Kaprali
Baş hakimin köməkçiləri: İstvan Albert, Gerqo Vigh-Tarsonyi
Dördüncü hakim: İstvan Vad
11 iyun
18:00. Azərbaycan – Qazaxıstan
Baş hakim: Bence Csonka
Baş hakimin köməkçiləri: Theodoros Georgiu, Balazs Szalai
Dördüncü hakim: Reka Molnar