Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 6-da Bakı vaxtı ilə saat 21:00-da, Sportpark Eschen-Mauren stadionunda Lixtenşteyn yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, heyətdə 23 futbolçunun adı yer alıb:
Kamran İbrahimov (“Neftçi”), Şahin Zəkiyev, Murad Qayalı (hər ikisi “Keşlə”), Murad Popov, Amin Seydiyev, Rövlan Muradov (hamısı “Qəbələ”), Turan Manafov (“Zaqatala”), Ricat Qarayev, Süleyman Əhmədov (hər ikisi “Sumqayıt”), Huseyin Seyligli (“Beşiktaş” Türkiyə), Nihad Tamazov, Nicat Süleymanov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Musa Qurbanlı (hamısı “Qarabağ”), Elçin Mustafayev, Şakir Seyidov, Emil Qasımov (hamısı “Sabah”), Arziman Rizvanov (“Bohemians” Çexiya), Bariş Ekincier (“Bohum” Almaniya), Ziya Əzizov (“NEC Nijmegen” Hollandiya), Tural Bayramlı (“Daugavpils FC” Latviya), Rafael Məhərrəmli (“Zirə”)