Milli komanda

Millimizin Avropa Çempionatının seçmə mərhələsi üçün heyəti açıqlandı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək heyəti açıqlanıb.

İdmanxeber.com məlumatına görə, baş məşqçi Vüqar Məmməd Rumıniyada keçiriləcək 6-cı qrupun oyunlarında 18 futbolçunun xidmətindən yararlanacaq. 

Onlardan 7-si “Qəbələ”dən çağırılıb, 6-sı isə legionerdir. 

AD, SOYAD KLUB
Məhəmməd Can Tuncer Altınordu (İzmir, Türkiyə)
Nicat Mehbalıyev İnter
Şahan Akyüz Altınordu (İzmir, Türkiyə)
İzzət Muştaqov Qəbələ
Fərid Nadirov Qəbələ
Rüstəm Nuruyev Qəbələ
Onur Taha Takır Altınordu (İzmir, Türkiyə)
Şakir Seyidov Vətən
Vüsal Mustafayev Qəbələ
İdris İnqilablı Qəbələ
Mutlu Aksu Doğan Altınordu (İzmir, Türkiyə)
Turan Vəlizadə Fənərbaxça SK (İstanbul, Türkiyə)
Fərid Mahmudov Neftçi
Məhəmməd Abbaslı Qəbələ
Tahir Zeynalov Vətən
Murad Mahmudov RB Leipzig (Almaniya)
Xəqani Sadıxov Qarabağ
Kamran Quliyev Qəbələ

Qeyd edək ki, ilk görüş oktyabrın 25-də İngiltərə, iki gün sonra Avstriya, oktyabrın 30-da isə Rumıniyaya qarşı olacaq. Oyunlar Buxarestdə baş tutacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43