Bu il Bakıda keçiriləcək 17 yaşlı qız həndbolçular arasında Avropa çempionatının püşkü atılıb.
İdmanxeber.az-ınməlumatına görə, Avstriyanın paytaxtı Vyanada təşkil edilən mərasimdə Azərbaycan millisinin də rəqibləri bəlli olub.
Yığma Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstanla birlikdə A qrupunda mübarizə aparacaq.
B qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları seçmələri qüvvələrini sınayacaq.
Qeyd edək ki, Avropa çempionatı 5 – 13 avqustda gerçəkləşəcək.