19 yaşadək futbolçular arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin ikinci oyununa çıxan yığmamız slovakiyalı həmyaşıdlarına məğlub olub.
İdmanxeber.com-un məlumatına görə, oyundan sonra U-19-un baş məşqçisi Nikolay Adam qarşılaşma ilə bağlı fikrini AFFA-nın saytına bildirib:
“Slovakiya ilə oyunun çətin keçəcəyini bilirdik. Çünki bu komandanın heyətində rəqibin səhvlərini bağışlamayacaq səviyyədə futbolçular yer alıb. Onlar bütün şanslardan effektli istifadə edirlər. Şənbə günü bizi finala bərabər oyun gözləyir. Sloveniya ilə oyuna ciddi hazırlaşacağıq. Bu matçda qələbə qazanmaq istəyirik. Fikrimcə, bu mümkündür”.