Yanvarın 11-dən etibarən Azərbaycan milli komandasının məşqçiləri ölkəni tərk edəcək.
İdmanxeber.com-un məlumatına görə, bu barədə xəbəri AFFA-nın rəsmi saytı yayıb.
Qordan Tsipriç və Draqan Spaşiç, yanvarın 15-dən isə millinin baş məşqçisi Robert Prosineçki Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Topaz Premyer Liqası klublarının məşq prosesini və yoxlama oyunlarını izləyəcəklər.