Milli komanda

Millimizin baş məşqçisi: “Nəyisə dəyişməyimiz lazım idi”

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Macarıstanla qarşılaşan millimizin baş məşqçisi Nikolay Adam oyunla bağlı fikirlərini bildirib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, 1:1 hesabı ilə bərabərə qaldıqları matç haqda bunları deyib:

“Seçmə mərhələyə məğlubiyyətsiz başlamaq vacib idi. Şadam ki, bu vacib işin öhdəsindən gəldik. İkinci hissənin ortalarında Elnur Cəfərovu dəyişməklə taktiki dəyişikliyə də əl atdıq. Ümumiyyətlə, dəyişikliklər oyunun tərkib hissəsidir. Həmin vaxt hesabda geridə idik. Nəyisə dəyişməyimiz lazım idi. Nəticədə cavab qolunu vura bildik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43