09 Noyabr 2024
Kateqoriyasız

Millimizin baş məşqçisi “Xəzər Lənkəran”ı hədələdi

Azərbaycan U-17 milli komandası Avropa Çempionatına hazırlıqla bağlı fevralın 23-25-də yoxlama görüşü keçirəcək. 

İdmanxeber.com-un məlumatına görə, artıq komandamızın heyəti müəyyənləşib.

“Xəzər Lənkəran”dan da 2 futbolçu milliyə dəvət alıb. Lakin Topaz Premyer Liqasında “Zirə” və “Qəbələ”yə qarşı 2 çətin oyun keçirəcək cənublular millinin məşqçilərindən bu 2 futbolçunu yoxlama görüşlərinə çağırmamağı xahiş edib. Ancaq yığmamızın çalışdırıcısı Təbriz Həsənov “ağ-yaşıllar”ın bu istəyinə hədə-qorxu ilə cavab verərək hər iki futbolçunu yoxlama görüşlərinə gəlməyəcəyi halda növbəti toplanışlarına çağırmayacağını bildirib.

Bu barədə “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Facebook hesabında məlumat verib. Onun açıqlamasını olduğu kimi təqdim edirik:“Azərbaycanın aşağı yaş qrupları üzrə millilərinin niyə əsas milliyə futbolçu verə bilməməsi səbəblərindən biri-Yusif Həsənovla İbrahim Qedirzade U-17 yığmasının əsas üzvləridir. Bu iki futbolçudan başqa həmin yaş qrupunda premyer liqada çıxış edən milli üzvü yoxdur. İndiyə qədər bütün toplanışlarda iştirak ediblər. Son bir ayda isə daimi toplanışların sayı bitib-tükənmək bilmir. Qarşıda klubumuzun iki oyununu nəzərə alıb hər iki futbolçunun 23-25 yoxlama oyunlarından azad olunmasını istəmişik. İndi millinin məşqçiləri Təbriz Həsənov başda olmaqla kluba hədə qorxu gəlirlər ki, o uşaqları birdə milliyə çağırmayacağıq. Adamlar hələ də anlamırlar ki, bu iki futbolçunun Premyer Liqada oyunu bunların boş-boş turnir və yoxlama oyunlarından üstündür”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43