Kateqoriyasız Milli komanda

Millimiz Belarusa qalib gəldi

Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Canni De Byazinin baş məşqçisi olduğu komanda Belarusla qarşılaşıb. Minskdəki “Dinamo” stadionunda oynanılan matç Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Görüş millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komanda matçın gedişində hesabda geri düşsə də, sonradan 2 qol vuraraq qalib gəlməyi bacarıb.

Azərbaycan millisi bundan əvvəl Türkiyəyə 1:2 hesabı ilə uduzub. Komandamız iyunun 6-da isə Kişinyovda Moldova ilə yoldaşlıq oyunu keçirəcək.

Yoldaşlıq oyunu

2 iyun

20:00. Belarus – Azərbaycan – 1:2
Qollar: Maksim Skaviş, 56 – Bədavi Hüseynov, 73, Ramil Şeydayev, 90+1

Minsk, “Dinamo” stadionu

Belarus: 12. Pavlyuçenko, 2. Peçenin. 3. Şvetsov, 4. Volodko, 5. Bıkov, 6. Xadarkeviç, 9. Ebonq (k), 11. Skaviş, 13. Zolotov, 14. Yablonski, 20. Antilevski
Ehtiyat oyunçular: 1. Anton Çiçkan, 16. Vladislav Vasilyuçek, 7. Qleb Şevçenko, 8. İqor Zayats, 10. Denis Qreçixo, 15. Roman Yuzepçuk, 17. Andrey Solovyey, 18. Pavel Sedko, 19. Dmitri Podstrelov, 21. Vladislav Klimoviç, 22. Danila Neçayev, 23. Yevgeni Şevçenko
Baş məşqçi: Georgi Kondryatev

Azərbaycan: 1. Emil Balayev, 18. Anton Krivotsyuk,  4. Höccət Haqverdi,  15. Bədavi Hüseynov,  5. Maksim Medvedev (k), 3. Azər Salahlı,  2. Qara Qarayev,  8. Emin Mahmudov, 21. Toral Bayramov, 7. Namik Ələskərov, 9. Əli Qurbani
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev, 10. Aleksey İsayev, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 14. Şəhriyar Əliyev, 16. Elvin Camalov, 17. Elvin Cəfərquliyev, 19. Anatoli Nuriyev, 20. İsmayıl İbrahimli, 22. Rüstəm Əhmədzadə
Baş məşqçi: Canni De Byazi

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43