Milli komanda

Millimizin Belarusa bu heyətlə gedəcək

Martın 17-dən 21-dək Bakıda təşkil olunacaq Avropa çempionatının əsas seçmə mərhələ oyunlarına hazırlaşan futzal üzrə Azərbaycan millisi fevralın 10-dan 22-dək Belarusun paytaxtı Minsk şəhərində təlim-məşq toplanışı keçirəcək.

İdmanxeber.com-un  AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlıq prosesi çərçivəsində millimiz 3 yoldaşlıq oyununda da gücünü sınayacaq.

Oyunların təqvimini və toplanışa dəvət edilən futzalçıların siyahısını diqqətinizə çatdırırıq:

Covani Buranello Laersio (“Araz”)

Rövşən Hüseynli (“Araz”)

Elnur Zamanov (“Khazar Islands”)

Rizvan Fərzəliyev (“Araz”)

Rafael Durval (“Araz”)

Eduardo Mello (“Khazar Islands”)

Fernando Da Silva Amadeu (“Khazar Islands”)

Ramiz Çovdarov (“Araz”)

Vitali Borisov (“Fənər”)

Xətai Bağırov (“Neftçi”İSM)

Namiq Məmmədkərimov (“Araz”)

Samir Həmzəyev (“Araz”)

Auqusto Sezar (“Araz”)

Vahib Xodjayev (“Neftçi” İSM)

Fineo De Araujo (“Khazar Islands”)

İsa Atayev (“Araz”)

Rəcəb Fərəczadə (“Araz”)

17 fevral

20:00. Belarus-Azərbaycan

18 fevral

20:00. Belarus-Azərbaycan

21 fevral

15:00. Klublar yığması – Azərbaycan

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43