19 Sentyabr 2024
İdman

Millimizin Çexiya ilə matçları üçün yekun heyəti açıqlandı

Azərbaycanın futzal millisinin Çexiya ilə yoldaşlıq matçları üçün yekun heyəti açıqlanıb.

İdmanxeber.az-ın məlumata görə, baş məşqçi Vitali Borisov səfərə 3-ü qapıçı olmaqla 13 futzalçı ilə yollanacaq.

Komanda sabah səhər saatlarında Bakı – Vyana reysi ilə hərəkət edəcək, Avstriyanın paytaxtından isə avtobusla Zlin şəhərinə gedəcək.

N Ad, soyad Klub
1 Emin Kürdov (q) Araz-Naxçıvan
2 Vladislav Reznov (q) Araz-Naxçıvan
3 Kamran Hacıyev (q) Baku Fire
4 Emil Həsənzadə Araz-Naxçıvan
5 Xəzər Ağalızadə Araz-Naxçıvan
6 İlham Alıyev Araz-Naxçıvan
7 Tofiq Mikayılov Baku Fire
8 Murad Quluzadə Baku Fire
9 Oktay Rüstəmli Baku Fire
10 Fərid Abbasov Baku Fire
11 Eldar Zeynalov Neftçi İK
12 Ülvi Əliyev Araz-Naxçıvan
13 Mirzə Əmirov Neftçi İK

Qeyd edək ki, milli sentyabrın 19-da və 20-də Zlin şəhərində Çexiya yığması ilə yoldaşlıq görüşləri keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43