İdman

Millimizin dah bir rəqibi müəyyənləşdi

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan millisinin çıxış edəcəyi 2-ci qrupda mübarizə aparacaq dördüncü komanda müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, yığmamızın rəqibi Albaniya millisi olub.

Albanlar  ilkin seçmə mərhələnin D qrupunda 1-ci yeri tutmuş Albaniya yığması 2017-ci il aprelin 3-dən 12-dək Bakıda keçiriləcək əsas seçmə mərhələdə çıxış etmək hüququ qazanıb.

Xatırladaq ki, millimizin digər rəqibləri Macarıstan və Bosniya və Herseqovina yığmalarıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43