Kateqoriyasız

Millimizin daha bir futbolçusu Polşa klubunda

Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk karyeraını ölkə xaricində davam etdirəcək.

“Neftçi” ilə müqaviləsi başa çatan müdafiəçi Polşanın “Visla” klubuna keçib. Bu barədə Plok təmsilçiisnin rəsmi saytı məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Anton yeni klubunda 5 nömrəli formanı geyinəcək.

Bir müddət öncə millimizin başqa bir üzvü Mahir Emreli digər Polşa klubu “Legiya”ye keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43